|

Aləmin Çeşm-ü Çerağı Ahirətin Xanıyam,
Həzrət-i Hak Sevgilisi Mərifətin Kanıyam.
Mən Muhammed Donuyam kim, Gözlüler Görür Məni,
Pəs ki, Qızıl Gülüyəm Həm Güllərin Reyhanıyam.
İsa-vüyəm, Musa-vüyəm, Davud-iyəm Əhmədi,
Həm Süleyman-ı Zamanəm İns-ü Cinnin Xanıyam.
Surə-yi İnna Fətahna Şanıma Gəldi Vəli,
Can Təbarək Ayəti-vü Mushafın Kur'anıyam.
Mən Sədəfəm Dürlü-Dürlü İncilər Məndən Çıkar,
Gövhər-ü Dərya Mənəm, Dəryaların Ümmanıyam.
Şəriətəm, Təriqətəm, Həqiqətəm, Bilənə,
İlm-ü Həm Alim Mənəm, Alimlərin İrfanıyam.
Mən Xətayi-yəm Bu Gün kim, Gözlülər Görür Məni,
Kafirin Küfrü Mənəm, Həm, Mü'minin İmanıyam.
____________________Vəli Şah İsmayIl Xətayi

Söylərəm, ey padşahlar padşahı, çox şükür,
Bəndənin ümmidi sənsən, həm pənahı, çox şükür,
...Əfv edərsən sirləri, sirrimizə agahsan,
Çox şükür dərgahına, ya Rəbb, İlahi çox şükür.
Sən yaratdın yeri göyü, bizimçün tutdu qərar,
Dönsə də çərxü fələk leylü nəhar, dönməz qərar,
Pəs bizimçündür dünyavü və üqba hər nə var,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
Bizim üçün xəlq eylədin abü atəş, xakü bad,
Cismimizə can da verdin, bizə Adəm qoydun ad,
Yaradılmış səndən oldu cümlə məqsudü murad,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
Görməgə göz verdin, eşitməgə sən verdin qulaq,
Tutmağa əl verdinü yügürməgə verdin ayaq,
Hər nə yerə əzm edərsən yenə az, yaxın, iraq,
Çox şükür dərgahına, ya Rəbb,İlahi, çox şükür.
Səng-i pulad arasından həm verirsən od bizə,
Ət ilə qan arasından verirsən süd bizə,
Çox kərəmlər göstərirsən, ey Kərim, məqsud bizə,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
Lütfü ehsanü kərəm səndən gəlir, bizdən xəta,
Ol qənimət qismətini kəsmədin öndən sona,
Bu Xətayi xəstə cün qapında durmuş bir gəda,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
__________________Şah İsmayıl Xətayi |